İyul ayında OPEC ölkələri iyun ayı ilə müqayisədə gündəlik neft hasilatını 980 min barel artırıb.
Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
İyul ayında OPEC ölkələrinin gündəlik neft hasilatı 23,17 mln barel təşkil edib.
Ən böyük artım Səudiyyə Ərəbistanı (866 min barel), BƏƏ (98 min barel), Küveytdə (73 min barel) baş verib. Bu ölkələr iyun ayında öhdəliklərindən əlavə könülü olaraq gündəlik 1 mln barel, 100 min barel və 80 min barel hasilatını azaltmışdı.
Ötən ay İraq da gündəlik hasilatını 40 min barel artırıb.
Ümumilikdə, OPEC ölkələri OPEC+ sazişinə iyun ayında 96,7% əməl edib./Report