Xəzər Xəbər

Azərbaycanda valyuta hərracında dollara tələb azalıb

İqtisadiyyat | 13:50 • 11 Avqust 2020
Azərbaycanda valyuta hərracında dollara tələb azalıb

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


XəzərXəbər bu barədə AMB-yə istinadən xəbər verir.


Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 6-na nisbətən 5,3 milyon ABŞ dolları və yaxud, təxminən, 8,9% azalaraq 53,8 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.


Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xəbər lenti

Çox oxunanlar