Xəzər Xəbər

250 manat bu şəxslərə veriləcək RƏSMİ

İqtisadiyyat | 13:25 • 8 Avqust 2020
250 manat bu şəxslərə veriləcək

"Budəfəki maliyyə dəstəyi paketi birinci vergi ödəyicilərinə şamil olunur. Hansı ki, vergi ödəyicisi kimi öz borclarını yerinə yetirirlər, dövlət başçısının çağırışına uyğun olaraq işçi heyətinin azaldılmasında ciddi azalmalara yol verməmişdilər”.


Bu fikirləri İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək: "250 manat isə yalnız fərdi və mikro sahibkarlara aiddir. Eyni dəstək artıq bir dəfə göstərilib. Qeyd etmək istərdim ki, müraciət etmiş vergi ödəyicilərinin sayı 29 mindən bir qədər çox olub və 215 min işçinin əhatə edən 98 milyon manat məblığində ödənişlər edilib. Burada ödənişin məbləği aylıq əməhaqqı fonduna uyğun olaraq edilirdi. Eyni zamanda 107 minə yaxın fərdi-mikro sahibkar müraciət edib ki, onlarında hesablarına 63,6 milyon manat vəsait köçürülüb. İkiunci mərhələdə də eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Yəni birinci mərhələdə dəstək almış sahibkarlar artıq müraciət etməsələr belə bu dəstəyi alacaqlar. Eyni zamanda avqustun 10-dək vaxt veruilib ki, birinci mərhələdə dəstək alamyan sahibkarlar müraciət etsin”.   

Xəbər lenti