Sahibkarlıq subyektlərinə pandemiya dövründə dəymiş zərərin minimuma endirilməsi məqsədilə dəstək paketi hazırlanıb.
Bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Onlara minimum əməkhaqqının verilməsi ilə bağlı qərar qəbul olunub. Ötən gün iqtisadiyyat nazirinin müşavirəsi və sahibkarlarla görüş keçirilib. Hazırda hökümət biznes fəallığının artırılması istiqamətində müzakirələr aparır. İnsanların sıx toplanmadığı sahələrin bərpası üzərində işlər aparılır. Nəzərə alaq ki, toylarda insanların sıx toplanması müşahidə olunur. Yenə də hər şey vətəndaşlar və sahibkarların qaydalara riayət etməsindən asılıdır".