Cari il iyulun 1-nə ölkədə əmək müqavilələrinin sayı 1 milyon 661,7 min təşkil edərək ilin əvvəlindən 107,3 min artıb, o cümlədən qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min çoxalıb.
Dövlət Vergi Xidmətindən xezerxeber.az-a bildirilib ki, təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20,7 min təşkil edib.
Təhlillər göstərir ki, cari ilin əvvəlindən ölkə üzrə əmək müqavilələrinin sayının ümumi artımının hamısı qeyri-neft qeyri-dövlət sektoru hesabına baş verib.