Xəzər Xəbər

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

İqtisadiyyat | 15:13 • 25 İyul 2020
Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Azərbaycanda bank kartları ilə bu ilin yanvar-iyun ayları ərzində 2 748 mln. manat həcmində nağdsız ödəniş həyata keçirilib.


Azərbaycan Mərkəzi Bankından xezerxeber.az-a verilən məlumata görə, ölkə daxilində nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,7% artıb.


Məlumata əsasən, nağdsız ödənişlərin 1 681 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 36,8% artımı özündə əks etdirir. Bildirək ki, ölkədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi isə illik 55% artaraq bu ilin ilk altı ayı ərzində 951 mln. manat olub.

Xəbər lenti

Çox oxunanlar