Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq iyulun 25-dən gecə 00:00-dan iyulun 27-si səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a bildirilib ki, bu gün isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.