İyulun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 706,4 milyon manat təşkil edib.
Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bu göstərici ötən ayın 1-i ilə müqayisədə 45,1 milyon manat çoxdur.
Qeyd edək ki, ötən ay əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 661,3 milyon manat olub.