Xəzər Xəbər

Qətər şirkəti süni tənəffüs aparatlarının satışı ilə əlaqədar Azərbaycana əməkdaşlıq təklif edir

İqtisadiyyat | 16:28 • 23 İyul 2020
Qətər şirkəti süni tənəffüs aparatlarının satışı ilə əlaqədar Azərbaycana əməkdaşlıq təklif edir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.


AZPROMO-dan xezerxeber.az-a bildirilib ki, Qətər Dövlətinin Müdafiə Nazirliyinə məxsus "Barzan Holdings” şirkətinin istehsal etdiyi "Patriot SAVR-Q” (Synchronous Automatic Ventilating Resuscitator) süni tənəffüs aparatlarının satışı ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən sahiblarlara və iş adamlarına əməkdaşlıq təklif edir. Əməkdaşlıqda maraqlı olanlar ətraflı məlumat üçün AZPROMO ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti