Xəzər Xəbər

Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat | 11:57 • 23 İyul 2020
Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.


Dövlət Vergi Xidmətindən xezerxeber.az-a bildirilib ki, vergiödəyiciləri cari il avqustun 11-dək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

Xəbər lenti

Çox oxunanlar