Xəzər Xəbər

Gömrük Komitəsi tərəfindən büdcə daxilolmalarının həcmi açıqlanıb

İqtisadiyyat | 11:35 • 8 İyun 2020
Gömrük Komitəsi tərəfindən büdcə daxilolmalarının həcmi açıqlanıb

May ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 348 milyon 222 min manat olub.


Komitədən xezerxeber.az-a bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 71 milyon 40 min manat, əlavə dəyər vergisi üzrə 263 milyon 451 min manat, aksizlər üzrə 10 milyon 656 min manat, yol vergisi üzrə isə 3 milyon 73 min manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar