Xəzər Xəbər

Çin yenə rekorda imza atdı

İqtisadiyyat | 10:19 • 8 İyun 2020
Çin yenə rekorda imza atdı

Bu ilin may ayında Çinin ümumi ticarət dövriyyəsinin müsbət saldosu 62,93 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 1981-ci ildən bəri ən yüksək göstəricidir.


"Reuters"ə istinadən verdiyi məlumata görə, illik müqayisədə ölkənin ixracı 16,7%, idxalı isə 14,2% azalıb. Bu, 2016-cı ilin yanvar ayından bəri ən kəskin azalmadır. Bildirilir ki, Çinin ixracı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) bazarından və yuanın məzənnəsinin dəyərsizləşməsindən bəhrələnib. İdxalın azalmasına isə daxili tələbatın və malların qiymətinin azalması təsir edib.


Təkcə may ayının birinci yarısında Çin 8,9 mlrd. dollar dəyərində tibbi ləvazimat ixrac edib.


Qeyd edək ki, Çinin ABŞ-la ticarət dövriyyəsinin müsbət saldosu da artaraq 27,9 mlrd. dollara çatıb.



Xəbər lenti