Xəzər Xəbər

Abşeronda bitkilərə zərər vuran 4 növ həşərat aşkar edilib

İqtisadiyyat | 17:05 • 7 İyun 2020
Abşeronda bitkilərə zərər vuran 4 növ həşərat aşkar edilib

AMEA-nın Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının elmi işçiləri Abşeron yarımadasının bağ və parklarında təbii və mədəni bitkilərdə rast gəlinən zərərverici həşəratlar üzərində tədqiqatlar aparırlar.

İnstitutdan verilən məlumata görə, tədqiqatlar zamanı 4 növ həşərat aşkar edilib, onların təsnifatı, bioekoloji xüsusiyyətləri müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, qeyd edilən ərazidə əsasən Scarabaeidea fəsiləsinə aid 4 növ lövhəbığ böcəyə rast gəlinir. Bunlar Zolaqlı xırıldaq (Blitopertha lineata), Qızılı parıldaq (Cetonia aurata), Zaqafqaziya mayböcəyi (Melolontha pectoralis) və Çilli maralça (Oxythyrea funesta) böcəkləridir.

Bu həşəratlar ən çox mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinin nümayəndələrinə ziyan vurur. Tədqiqatlar zamanı müəyyən edilib ki, Qızılı parıldaq ənginarkollarına, Zolaqlı xırıldaq gülümbahar bitkisinin çiçəklərinə, Zaqafqaziya mayböcəyi və Çilli maralça isə gözəl qaylardiya, taclı qızılçətir, adi turacotu, duzlaq asteri bitkilərinin çiçəklərinə, itburnu və qızılgül kollarına ziyan vurur.

Xəbər lenti

Çox oxunanlar