Xəzər Xəbər

Bakının Baş planının hazırlanmasına dair müzakirələr aparılıb

İqtisadiyyat | 16:29 • 11 Mart 2020
Bakının Baş planının hazırlanmasına dair müzakirələr aparılıb

Azərbaycan Memarlar İttifaqının bir qrup rəhbər və fəal üzvlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə görüşündə Bakı şəhərinin Baş planının hazırlanması müzakirə olunub.


Memarlar İttifaqının mətbuat xidmətindən bildirilib ki, baş layihəçi olan Almaniyanın "AS+P şirkətinin nümayəndələri işin gedişatı haqqında geniş məlumat veriblər. Müzakirələrdə bir çox suallar və təkliflər səsləndirilib.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə görüşün səmərəli və işgüzar şəraitdə keçdiyini qeyd edərək bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Çox oxunanlar