Neftin qiymətində artımın baş verməsi aylar tələb edən prosesdir.
Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
"Rossiya-24” kanalına açıqlama verən nazir bildirib ki, istehsalı qısa müddətdə gündəlik 250-300 min barelə, ümumi olaraqsa 500 min barel səviyyəsinə çatdıra bilərlər: "Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə aparılan istehsalın dayandırılması müqaviləsi sayəsində Rusiyanın dövlət büdcəsinə 3 ildə 10 trilyon rubla yaxın gəlir daxil olub. Neft bazarlarında sabitliyin təmin olunması üçün OPEC ilə əməkdaşlıq etmək ehtimaldan kənar deyil. Rusiya ilə OPEC arasında növbəti toplantı may və ya iyun ayında keçirilə bilər. Ona qədər istehsalı müvəqqəti şəkildə artıra bilərik. Lakin bu aylarla vaxt tələb edir”.
Qeyd edək ki, OPEC və Rusiyanın daxil olduğu OPEC+ ölkələrinin Vyanadakı toplantısında istehsalın dayandırılması qərarının çıxması ilə "Brent” markalı neftin 1 bareli 31 dollara düşmüşdü./publika.az