Çilinin Santyaqo şəhərindəki mərkəzi hava limanının yük hissəsindən 15 milyon dollar oğurlanıb.
Yük bölümünə üzərində hava yolları şirkətinin loqosunun olduğu avtomobillə girən soyğunçular pulları ələ keçirib. Ərazidən uzaqlaşmağa çalışan 7 silahlı soyğunçuya mühafizəçilər müdaxilə etsə də, onların qarşısını almaq mümkün olmayıb.
Məlumata görə, oğurlanan pullar xaricdən gətirilib və əskinazların zirehli texnika ilə dövlət orqanına göndərilməsi nəzərdə tutulub./publika.az