Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 700 ABŞ dollarını keçib.
XəzərXəbər Report-a istinadən xəbər verir ki, bu gün əmtəə birjalarında qiymətli metal 1,9% bahalaşıb və 1 704 ABŞ dollarına realizə edilib. Bu, 2012-ci ilin dekabr ayından bəri maksimal həddir.
Bahalaşmaya səbəb kimi investorların qeyri-müəyyən iqtisadi vəziyyət fonunda qızıla tələbatının artması göstərilir.