Xəzər Xəbər

BVF koronavirusla mübarizəyə 50 mlrd. dollar ayırıb

İqtisadiyyat | 10:39 • 5 Mart 2020
BVF koronavirusla mübarizəyə 50 mlrd. dollar ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva Fondun koronavirusla mübarizə üçün 50 mlrd. ABŞ dolları dəyərində yardım paketinin ayırdığını elan edib.


"APA-Economics"in CNBC-yə istinadən verdiyi məlumata görə, BVF-nin rəhbəri bildirib ki, vəsait aşağı gəlirli ölkələr və inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulub. Maliyyə yardımının böyük hissəsi faizsiz olaraq ayrılacaq. Eyni zamanda, ölkələr Fondla hər hansı bir ortaq proqramda iştirak edib-etməməlindən asılı olmayaraq yardımı ala biləcək.


K. Georgieva əlavə edib ki, BVF sözügedən vəsaitin ilk növbədə səhiyyə sistemlərini dəstəkləmək, daha sonra hədəfli büdcə stimullaşdırılması proqramları və likvidliyi təmin etmək üçün istifadə edilməsini istəyir. Fond eyni zamanda bəzi ölkələrə maska və respirator kimi defisitdə olan tibbi avadanlıqların alınması istiqamətində Dünya Bankı ilə birgə işləyir.


Qeyd edək ki, bu həftənin əvvəlində Dünya Bankı yoxsul ölkələrə epidemiyanın təsirinin öhdəsindən gəlmək üçün 12 mlrd. dollarlıq maliyyə dəstəyi ayırıb.

Xəbər lenti

Çox oxunanlar