Azərbaycan 2019-cu il ərzində 1 683,4 ton sarımsaq ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 871,8 ton və ya 2,1 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ötən il ölkəyə 310 ton sarımsaq idxal olunub ki, bu da 2018-ci illə müqayisədə 3,3 dəfə çoxdur.
Hesabat ilində 2018-ci illə müqayisədə sarımsağın ixracı dəyər ifadəsində 54,3%, idxalı isə 4 dəfə artıb və müvafiq olaraq 1 446 min manat və 300 min manat təşkil edib.
İstehsala gəldikdə isə, ötən il ölkədə 1,7 ton sarımsaq istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 32% azdır. (APA)