Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, elektron məlumat tablolarında "duman” işarəsi qoyulub.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.