Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ildə 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikeldən olan ümumilikdə 1844 ədəd yubiley və xatirə pul nişanı dövriyyəyə buraxıb.
AMB-dən xezerxeber.az-a bildirilib ki, pul nişanları beynəlxalq standartlara uyğun "Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib. Bank tərəfindən satışda olan yubiley və xatirə pul nişanları barədə məlumatlar AMB-nin rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilir (link: https://uploads.cbar.az/assets/60cc33b55072a0360c695c7e0.pdf).
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq (link:https://contact.e-cbar.az/?AspxAutoDetectCookieSupport=1) müraciət edə və ya AMB-nin milli pul nişanları üzrə qaynar xətti ilə (012 4931122 (386)) əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, AMB tərəfindən ölkəmizin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır. Tədavülə buraxılan yubiley və xatirə pul nişanları ölkə ictimaiyyəti, yerli və beynəlxalq numizmatlar tərəfindən maraqla qarşılanır.