Mobil Dünya Konqresi-2020-nin (MWC-2020) ləğv edilməsi Türkiyənin yerli avtomobili üçün nəzərdə tutulan qlobal başlanğıc planlarını suya düşürüb.
XəzərXəbər ted.az-a istinadən bildirir ki,Türkiyənin Avtomobili Təşəbbüs Qrupunun (TOGG) imza atdığı yerli avtomobil layihəsi dünyanın ən böyük texnologiya sərgilərindən olan MWC-2020-də sərgilənəcəkdi. Ancaq MWC-2020-nin koronavirus təhlükəsindən dolayı ləğv edilməsi bu qlobal təqdimatın üstündən xətt çəkib.
Hələlik TOGG-dan bu barədə hansısa rəsmi açıqlama verilməyib. Ancaq Türkiyənin yerli avtomobil modelinin mütləq başqa bir sərgidə qlobal bazar üçün canlı olaraq təqdimi nəzərdə tutulur.