Fevralın 18-də səhər saatlarında "Sədərək” ticarət mərkəzində baş verən yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinlik yaranıb. Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.
Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.