Xəzər Xəbər

Orxan Məmmədov: Zərgərlik sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir

İqtisadiyyat | 11:54 • 18 Fevral 2020
Orxan Məmmədov: Zərgərlik sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir

Zərgərlik sahəsində tənzimlənmə alətlərinə yenidən baxılmalıdır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüşdə deyib.


"Zərgərlik sahəsində bazar iştirakçıları ilə istehlakçılar arasında etimad mühiti aşağı səviyyədədir. Qiymətli metallar və daşların əyar göstəricisinin müəyyənləşdirilməsi ilə bağlı nəzarətin mövcud olmaması müxtəlif xarakterli problemləri ortaya çıxarır. Bu sahədə qiymətləndirmə təchizatlarının yaradılması, nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir", - deyə O.Məmmədov qeyd edib.

Xəbər lenti