Xəzər Xəbər

“Azərişıq” gələn il texniki itkilərin həcmini 8,9 faizədək endirməyi planlaşdırır

İqtisadiyyat | 12:10 • 27 Noyabr 2019
“Azərişıq” gələn il texniki itkilərin həcmini 8,9 faizədək endirməyi planlaşdırır

"Azərişıq" ASC 2020-ci ildə texniki itkilərin həcmini 8,9 faizə qədər endirməyi nəzərdə tutur.


Xezerxeber.az xəbər verir ki, bu barədə noyabrın 27-də keçirilən mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.


T.Mustafayevin sözlərinə görə, bu il üzrə texniki itkilər 10 faizə yaxın səviyyədədir. Əgər texniki itkilərin dinamikasına nəzər salsaq görərik ki, itkilər 2015-ci ildə 13,8 faiz, 2016-cı ildə 10 faiz, 2017-ci ildə 9,9 faiz, ötən il 9,8 faiz, cari ildə isə 9,7 faiz olub.

Xəbər lenti