Xəzər Xəbər

Azərbaycan turistlər üçün dünyanın ən təhlükəsiz ölkələri sırasındadır

İqtisadiyyat | 12:54 • 26 Noyabr 2019
Azərbaycan turistlər üçün dünyanın ən təhlükəsiz ölkələri sırasındadır

Yeni ildə səyahət etməyi planlaşdıranlar üçün dünya üzrə illik risk xəritəsi tərtib olunub.


AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, "International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuş xəritədə Azərbaycan turistləri üçün risklərin minimum olduğu ölkələr sırasındadır. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb. Risklərin ən az olduğu ölkələr siyahısına əksərən şimal dövlətləri – Danimarka, Finlandiya, Qrenlandiya, İslandiya, Norveç, Sloveniya, Birləşmiş Krallıq, ABŞ, Kanada, Çin, Lüksemburq və İsveçrə başçılıq edirlər. Daha riskli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriya elan edilib.


Xəritədə Latın Amerikası ölkələri orta risk dərəcəsi olan ölkələr kimi qeyd olunub. Məsələn, Meksika və Kolumbiya səyahətçilərin təhlükəsizliyi baxımından bu qəbildəndir.


"International SOS” şirkətinin sözçüsü CNN-ə müsahibəsində bildirib ki, xəritənin hazırlanmasında onun müştərilərinin rəyləri əsas götürülüb. O, turistlərə və turizm şirkətlərinə məsləhət görüb ki, xəritədəki məlumatlardan istifadə etsinlər.

Xəbər lenti