Xəzər Xəbər

Rabitə xidmətlərinin dəyəri 16,1 faiz artıb

İqtisadiyyat | 13:56 • 25 Noyabr 2019
Rabitə xidmətlərinin dəyəri 16,1 faiz artıb

Bu ilin yanvar-oktyabr ayıları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,7 faizi əhali tərəfindən istehlak olunub.


Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.


Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 737,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xəbər lenti