Xəzər Xəbər

Bakı-Tbilisi-Ərzurum kəməri ilə bu il 8,3 milyard kubmetrdən çox təbii qaz göndərilib

İqtisadiyyat | 13:38 • 20 Noyabr 2019
Bakı-Tbilisi-Ərzurum kəməri ilə bu il 8,3 milyard kubmetrdən çox təbii qaz göndərilib

Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 22 milyard 4,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 17,9 faiz artım müşahidə olunub.


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 10 ayda qaz nəqlinin 38,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 8 milyard 376,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Xəbər lenti