2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 954 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 obyekt daha çoxdur.
Trend bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları oktyabr ayında Türkiyədə 125 daşınmaz əmlak əldə edib.
Oktyabr ayında Türkiyədə 142,8 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin oktyabrı ilə müqayisədə 15,4 faiz azdır.
Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 4,272 min daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin oktyabrı ilə müqayisədə 31,9 faiz azdır.