Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Xezerxeber.az xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 63,30 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 57,72 dollar təşkil edib.