Xəzər Xəbər

Sığortaçılar üçün attestasiya təşkil olunacaq

İqtisadiyyat | 11:13 • 12 Noyabr 2019
Sığortaçılar üçün attestasiya təşkil olunacaq

Noyabrın 15-də sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək.


Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, attestasiyada 4 sığortaçı iştirak edəcək. "Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə şəhadətnamə almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Xəbər lenti

Çox oxunanlar