Bakının Nizami rayonu ərazisində yeni çəkilmiş su xətləri şəbəkəyə qoşulur.
"Azərsu” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar noyabrın 12-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.