Xəzər Xəbər

Kəndlidən “su qiymətinə” alınan payızın sevimli meyvəsi “od qiymətinə” satılır

İqtisadiyyat | 17:01 • 9 Noyabr 2019
Kəndlidən “su qiymətinə” alınan

Zaqatalada yetişdirilən meyvələrdən biri də xurmadır. Burada tədarük olunan xurma yerli və xarici bazarlara çıxarılır.

Bu il rayonda məhsulun bolluğu bazardakı qiymətə təsir etməyib.

Ağacın böyüklüyündən asılı olaraq, hər ağacdan 250 kiloqrama yaxın məhsul yığan sakinləri daha çox qiymətinin aşağı olması və alıcının yoxluğu narahat edir.

Dənə halında yığılaraq yeşiklərə düzülən xurma, əsasən, Rusiya, Ukrayna bazarlarına ixrac olunur. Alıcılar tərəfindən seçilən xurmanın yerdə qalanını isə bağ sahibləri qabığını soyub qurudaraq satışa çıxarır. Qiymətlərə gəldikdə, yaş xurmanın 1 kiloqramı15-20 qəpiyə satılır, qurudulmuş xurmanın bir kiloqramı isə1.50-2 manatdır.

Məhsulun bolluğuna baxmayaraq, yerli bazarda xurmanın qiyməti 70 qəpik və 1.20 arası dəyişir./oxu.az

Xəbər lenti

Çox oxunanlar