Azərbaycanın yaradıcı məhsullarının xarici bazarlarda satışı həm ölkəmizin mədəniyyətinin təbliğinə, həm də bu sahədə iqtisadi gəlirin əldə edilməsinə imkan yaradır.
Bu nöqteyi-nəzərdən ölkəmizdə fəaliyyət göstərən yazıçıların kitablarının beynəlxalq satış portallarında yerləşdirilməsi üçün Mədəniyyət Nazirliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılmış "Azexport” layihəsi ilə əməkdaşlıq edir.
Bu əməkdaşlıq nəticəsində ingilis dilinə tərcümə olunmuş Azərbaycan kitablarının beynəlxalq portallar vasitəsilə satışına imkan yaranır.
Göstərilən xidmətdə maraqlı olan şəxsləri "Azexport” portalı ilə əlaqə saxlamağı dəvət edirik.
Əlaqə nömrəsi: +994125213494