SOCAR lazımi prosedurları başa vuraraq Rusiyada "SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub.
Şirkətdən xezerxeber.az-a bildirilib ki, "SOCAR Enerqoresurs” MMC qrupu "Antipinski” neft emalı zavodunu (NEZ) və Orenburq vilayətində 45 milyon ton təsdiqlənmiş neft ehtiyatı olan 3 yatağın aktivlərini birləşdirir.
SOCAR-ın bu layihədə əsas rolu "Antipinski” NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Sazişin strukturu baxımından SOCAR-ın "Antipinski NEZ”də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.
Qeyd edək ki, illik ümumi emal gücü 7,5 milyon ton təşkil edən "Antipinski” zavodunda dizel, vakuum qazoyl, nafta, benzin ("A80” və "A92”), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.