Oktyabrın 30-da qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, yeni tikilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və s. işlərlə bağlı səhər saat 09:00-dan işlər başa çatanadək Ağdaş, Cəlilabad və Göyçay rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.
"Azəriqaz” İB-dən "xezerxeber.az-a verilən məlumata görə, saat 15:00-dan etibarən işlər başa çatanadək isə aparılacaq təmir işlərinə şərait yaradılması üçün Yeni Suraxanı və Bülbülə qəsəbələrində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.