Xəzər Xəbər

ABŞ Suriya neftini kürdlər üçün qoruyacaq

İqtisadiyyat | 17:08 • 29 Oktyabr 2019
ABŞ Suriya neftini kürdlər üçün qoruyacaq

ABŞ hərbçiləri Suriyanın şimal-şərqində yerləşən neft yataqlarını qorumaqda davam edəcək.

RBK xəbər verir ki, bunu Pentaqonun rəhbəri Mark Esper bəyan edib.

Onun sözlərinə görə, amerikalı hərbçilər neft yataqlarına təhlükə yaradan hər hansı bir qüvvəyə sərt cavab verəcək.

Esper onu da əlavə edib ki, ABŞ neft mədənlərinin istismarını kürdlərə həvalə edir.

Xəbər lenti