Oktyabrın 28-də həyata keçirilməli olan Moskva-Bakı-Moskva aviareysi ləğv edilib.
Xezerxeber.az xəbər verir ki, "S7 Airlines” aviaşirkətinin yerli vaxtla saat 16:30-da Moskvadan Bakıya "S7 3231” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 17:25-də Bakıdan Moskva istiqamətində "S7 3232” saylı reysi də ləğv edilib. Aviareyslər "A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Moskva-Bakı-Moskva aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.