Xəzər Xəbər

Neft Fondu Şimali Amerika ölkələrinə investisiyalarını artırıb

İqtisadiyyat | 18:24 • 25 Oktyabr 2019
Neft Fondu Şimali Amerika ölkələrinə investisiyalarını artırıb

Cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Şimali Amerika ölkələrində investisiya portfelini genişləndirib.


Xezerxeber.az Neft Fondunun 2019-cu ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrən 30-na Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 23,71 faizi Şimali Amerika təşkil edib. İlin ikinci rübünün sonuna olan məlumata görə isə ARDNF-in coğrafi regionlar üzrə təsnifatında 19,93 faizi Şimali Amerika təşkil edirdi. Beləliklə də, iyul-sentyabr aylarında Neft Fondu Asiya-Sakit Okean ölkələrinə investisiyalarını 3,8 faizədək artırıb.


Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları isə azalıb. Belə ki, Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropaya investisiyalar cari ilin üçüncü rübündə ötən rüblə müqayisə 37,48 faizdən 35,45 faizə düşüb.

Xəbər lenti

Çox oxunanlar