Xəzər Xəbər

Dövlət Neft Fondunun dollar portfelinin 11,4 faizi qızıl investisiyalarıdır

İqtisadiyyat | 17:36 • 25 Oktyabr 2019
Dövlət Neft Fondunun dollar portfelinin 11,4 faizi qızıl investisiyalarıdır

Cari il sentyabrın 30-na ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 54,7 faizini, avro 33,8 faizini, funt sterlinq 4,9 faizini, Avstraliya dolları 0,5 faizini, Türkiyə lirəsi 0,8 faizini, Rusiya rublu 0,7 faizini, Koreya vonu 0,4 faizini, Çin yuanı 1,1 faizini, Yaponiya yeni 1,6 faizini, digər valyutalar isə 1,5 faizini təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə ARDNF-in 2019-cu ilin ilk 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.


Hesabata görə, ABŞ dolları portfelinin 4 milyard 833,6 milyon dollarlıq hissəsini (11,4 faiz) qızıl investisiyaları təşkil edir.


Həmçinin ARDNF-in investisiya portfelinin 130 min dolları Azərbaycan manatıdır.

Xəbər lenti

Çox oxunanlar