Yanvar-sentyabr aylarında ölkədən 708 min 54 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 345 milyon 819 min ABŞ dolları olub.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xatırladaq ki, ötən ilin 9 ayında ölkədən 837 min 919 ton neft məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri 425 milyon 147 min dollar təşkil etmişdi.