Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.
XəzərXəbər Oxu.Az-a istinadla xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.
Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş "BMW 320" maşınının start qiyməti 8000 manat olacaq.
2008-ci il buraxılışlı "QAZ-31105"in ilkin 2000 manata təklif ediləcək.
Həmçinin, 2008-ci il istehsalı olan "Mercedes Benz E500" 10000 manata, 2007-ci il buraxılışlı "FIAT Doblo" isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.