Səudiyyə Ərəbistanının "Saudi Aramko” şirkəti özünün 2017-ci ildə anonsunu verdiyi səhmlərini satışa çıxaracaq.
Bu məlumatı "Blumberq” agentliyi yayıb. Məlumata görə, şirkətin 2% aksiyası satışa çıxarılacaq və bu barədə rəsmi şəkildə oktyabrın sonunda məlumat veriləcək.
Hazırda şirkətin yeganə səhmdarı olan Səudiyyə Ərəbistanı dövləti bu addımla 40 milyard dollar gəlir əldə etməyi düşünür.
Şirkətin səhmlərinin bir neçə il əvvəl xarici investorlar üçün açılan "Tədavül” daxili birjasında satışa çıxarılacağı vurğulanıb.
Qeyd edək ki, "Saudi Aramko”nun hazırda ümumi dəyəri 2 trilyon dollar hesab edilir.