Bakıya 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, dövlət tərəfindən avtobus parkının yenilənməsi üzrə işlər görülür. Artıq 300 avtobusun təxminən 210-u paytaxta gətirilib. Digərlərinin də gətirilməsi istiqamətində işlər davam edir. Gətirilən avtobuslar ilin sonunadək xəttə buraxılacaq.