Xəzər Xəbər

Baş direktor: Layihənin icrası zamanı 48 arxeoloji sahə kəşf edildi

İqtisadiyyat | 10:53 • 9 Oktyabr 2019
Baş direktor:

TANAP layihəsi çərçivəsində Türkiyənin mədəni inventarına 154 naməlum arxeoloji sahə daxil edilib. Müxtəlif muzeylərin rəhbərlikləri ilə birgə 25 arxeoloji qazıntı işi aparılaraq 1000-dən çox arxeoloji əsər aidiyyatı üzrə muzeyə təhvil verilib.

XəzərXəbər xəbər verir ki, layihənin baş direktoru Saltuk Düzyol TANAP-ın icrası zamanı ətraf mühitin qorunmasına öz töhvələrini də verib.

Belə ki, Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) çərçivəsində tikinti müddətində təbii ehtiyatları qorumaq məqsədilə əkinə yararlı torpaqların mühafizəsi, biobərpa, hidromulçalama, translokasiya, transplantasiya, kanal qazıntısız çay keçidləri kimi yeni texniki mühafizə üsulları tətbiq edilib. ƏMSTQ müddətində bu vaxtadək məlum olmayan 106 arxeoloji sahə kəşf olunub. Layihənin 5 il sürən inşaat mərhələsində bu vaxtadək məlum olmayan 48 arxeoloji sahə (nekropol, kurqan, arxeoloji məkanlar və s. ) kəşf edilib. Həmçinin Ərzurum Muzeyi və Bandırma Muzeyi ilə aparılan qazıntılarda müxtəlif tapıntılara rast gəlinib. Manyas qəsəbəsində Bandırma Muzeyinin rəhbərliyi ilə aparılan qazıntılarda Roma dövrünə (b.e.ə I əsr – b.e I əsr) məxsus heç dağıntıya uğramamış bir məzarlıq sahəsi (nekropol) aşkarlanıb. 74 məzarda 600-ə yaxın əsər əldə edilib. Hər bir məzarda 8-dək əsərə rast gəlinib. Əsərlər arasında keramika, çoxlu sayda heykəlcik, şamdan, gözyaşı şüşəsi, bürünc əşyalar var.

Ərzurum Muzeyi ilə aparılan Alaybəyi Höyük və Çayırtəpə II qazıntılarında əldə edilən əsərlər arasında gündəlik istifadə üçün nəzərdə tutulmuş keramik qablar, bütlər, qadın fiqurları, atı ilə birlikdə dəfn edilmiş gəncin və atın skeleti, at qoşqusu, bürünc silahlar və qablar, üzərində Makedoniyalı İsgəndərin təsvir olunduğu gümüş sikkə kimi tapıntılar olub. Alaybəyi arxeoloji sahəsındə əldə edilen məlumatlar ilə bölgənin tarixi yenidən yazılırkən, bu kəşflə birlikdə Şimal-Şərqi Anadolu bölgəsinin ən qədim tarixi 550 il daha geri çəkilərək, b.e.ə 4750-ci il kimi müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar