Xəzər Xəbər

Azərbaycanda manatla pul bazası 15% artıb

İqtisadiyyat | 13:23 • 2 Oktyabr 2019
Azərbaycanda manatla pul bazası 15% artıb

Bu ilin sentyabrın 30-na Azərbaycanda manatla pul bazası 10 217,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 59,7 mln. manat və ya 0,6% artıb.


Xezerxeber.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, manatla pul bazası cari ilin əvvəli ilə müqayisədə 671,6 mln. manat və ya 7% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 345,8 mln. manat və ya 15,2% artıb.


Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Xəbər lenti

Çox oxunanlar