Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 491,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,9 mln. manat və ya 0,3% çoxdur.
Azərbaycan Mərkəzi Bankından (AMB) xezerxeber.az-a verilən məlumata görə, son bir ayda problemli kreditlərin cüzi artmasına baxmayaraq, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 93,7 mln. manat və ya 6%, son bir ildə isə 281,1 mln. manat və ya 15,9% azalıb.