ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır.
Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 18 ədəd azalaraq 868 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 185 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 14 ədəd geriləyərək 719 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 143 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 5 ədəd azalaraq 148 olub ki, keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 37 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.