Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 14 milyard 810,3 milyon manat, xərcləri isə 14 milyard 712,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, büdcənin icrasında 98,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,2 faizi qədər profisit yaranıb.