Ölkəmizdə arıçılıq daim inkişaf edən sahələrdən biridir. Statistikaya nəzər salsaq görərik ki, 2 il əvvəl Azərbaycanda 270 min arı ailəsi vardı. Bu il isə onların sayı artıq 500 minə yaxındır.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr olunan mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Assosiasiya sədri son illərdə dövlətin sözügedən sahəyə qayğısının artması, subsidiyaların verilməsi, mütəmadi olaraq yarmarkaların təşkili nəticəsində arıçılığa marağın çoxaldığını deyib. Qeyd edib ki, dövlətin arıçılıq sahəsinə göstərdiyi qayğı nəticəsində bu il təqribən 6 min tona qədər bal istehsal olunub.